“Yaxşı psixoloq necə olmalıdır?”

by admin
3,6K views
Klinik psixoloq, Narınc Psixologiya Klinik Mərkəzin təsiçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Yaş və İnkişaf Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi Narınc Rüstəmova

Psixologiya həyatınıza necə gəldi? Niyə məhz bu sahə?

Mən buna idealist yanaşıram, daha çox taleyimlə əlaqələndirərdim. İnsanlara qarşı sevgi, diqqət uşaqlıqdan olub. Həmişə bu cəhətdən ailəmdə fərqlənmişəm. Bu gün də valideynlərim mənə həmişə insanlara qarşı, ailə üzvlərinə qarşı diqqətli olduğu- mu, dinləməyi xoşladığımı mütəmadi olaraq xatırladır. Və taleh elə gətirdi ki, mən psixologiya fakültəsinə qəbul oldum. Ondan sonra da artıq birinci kursdan başlayaraq bir çox fakultətiv tədbir və seminarlarda aktiv iştirak edirdim.

Bu sahəyə sevərək gəlməyim sonradan bir mütəxəssis olaraq yetişməyimdə çox böyük rol oynadı. Niyə məhz bu sahə?

Tam ürəyimcə olan bir sahədir. Və mən özümü bu sahədə görmüşəm, görürəm və bundan sonrakı həyatımı da bu sahə ilə bağlı görürəm. Yuxarıda da qeyd etdim, tələbə vaxtı birinci semestrdən başlayaraq kurs- larda, təlimlərdə, layihələrdə aktiv iştirak edirdim. Sonra elə oldu ki, Elnur müəllimin rəhbərlik etdiyi mərkəzdə tədbirlərə, kurs- lara qatıldın. Və sonradan münasibətlərimiz artıq rəsmiləşəndən, ailə həyatı qurandan sonra təmamilə bu sahədə — konkret olaraq uşaq psixologiyası sahəsində ixtisaslaşmağa başladım.

İndi psixoloqların internetə keçid tendensiyaları varmı?

Bəli, əlbəttə var! Hazırda dəyişən dünya tendensiyasına bütün sahələr ayaq uydurmağa çalışırlar, eləcə də bizim sahə. Əslinə qalsa mərkəzimizdə hər zaman onlayn seanslar olub. Xaricdə yaşayan, rayonlardan gələ bilməyən, yaxud səhhətində problem olan, yaxud hansısa bir səbəbdən psixoloqa gedə bilməyən həmvətənlərimiz onlayn seanslarımızdan faydalanıblar. Sadəcə intensivliyi son dövrdəki qədər çox deyildi.

Pasiyentlə şəxsən və ekran vasitəsilə iş arasındakı fərq nədir?

Uğurlu onlayn seans üçün sürətli internet, eyni zamanda da pasiyentin rahat və tək ola biləcəyi bir məkan lazımdır. Bu şəraiti yaratmaq bəzən çətinlik yaradır. Və ya insanlar özlərini rahat hiss edə bilmirlər, onları kiminsə dinlədiyini düşünərək narahatlıq içərisində olurlar. Bir iş varki onlayn seansla daha çox yetkin insanlar üzərində fayda ala bilirik. Uşaq və yeniyetmələrdə və xüsusən də inkişaf problem olan uşaqlarda bu elə də effektiv təsir göstərmir. Yeniyetmələrimiz üçün isə xüsusən çətin olur. Onsuz da onlar əyani vəziyyətdə belə güvənib ürəklərini açmaqda çətinlik çəkirlər. Onlarla emosional bağlılıq yaratmaq mühüm məsələdir. Ancaq bütün bunlara baxmayaraq onlayn terapiya ilə çox uğurlu nəticələrimiz mövcuddur.

Hansı sizin üçün daha rahatdır?

Mən daha çox uşaqlarla çalışdığım üçün onları şəxsən görməyim daha rahat, bir çox hallarda isə vacib olur.

Sizin üçün hansı pasiyent ən mürəkkəb, hansı isə ən rahatdır?

Psixologiyada belə bir anlayış var: motivasiyalı və motivasiyasız pasient. Yəni bir var pasient öz istəyi ilə psixoloqa müraciət edir və özündə olan problemləri həll etməyə çalışır, bu istiqamətdə bir peşəkar mütəxəssis dəstəyi istəyir. Bu uşağın valideyni də ola bilər, yeniyetmə də, yetkin şəxs də. Bu baxımdan motivasiyasız pasientlərlə işləmək biraz çətinlik yaradır. Ancaq motivasiyalı istər valideyn olsun, istər yetkin şəxs olsun, yeni- yetmələr olsun onlarla işləmək həm rahatdır, həm də nəticə vermək daha rahat olur.

Elə olub ki, istədiyiniz nəticəyə nail olmaq mümkün olmayıb?

Əlbəttə, elə situasiyalar, elə məqamlar olub ki, istədiyimiz nəticəni almaq mümkün olma-yıb. Bunun da obyektiv və subyektiv səbəbləri olub. Yəni ən yaxşı mütəxəssis, fərqi yoxdur hansı sahədə çalışır, uğurlu nəticələri də olur, uğursuzluqları da. Yaxşı mütəxəssis odur ki, uğurlu nəticələri daha çox olur, nəinki uğursuz nəticələr. Bizim də işimizdə ola bilər ki, uğursuzluq olsun ancaq uğurla müqayisədə bu çox kiçik bir faizdir. Və bunun da qeyd etdiyim kimi obyektiv və subyektiv səbəbləri olur. Ancaq zaman keçdikcə,

HƏYAT TƏRZİMİZ, ALIŞQANLIQLARIMIZ PANDEMİYA İLƏ BAĞLI OLARAQ KÖKÜNDƏN DƏYİŞIB. BİR ÇOX İNSANLAR HƏLƏ DƏ DƏYİŞİMİ İNKAR EDİR, İSTƏR MADDİ, İSTƏRSƏ DƏ MƏNƏVİ ƏZİYYƏT ÇƏKİRLƏR

illər keçdikcə uğurlu nəticələr daha çoxdur, nəinki uğursuz nəticələr. Elm inkişaf edir, o cümlədən psixologiya inkişaf edir. Biz yeni metodlar, metodikalar, cihazlar və bütün yenilikləri izləyirik. Və işimizdə tətbiq edirik ki, daha yaxşı nəticələr alaq, daha yaxşı səviyyədə xidmət göstərək.


Həyat yoldaşınızla eyni sahənin insanlarsınız. Ətrafdakılar ailədə hər iki tərəfin psixoloq olduğunu biləndə, həmin ailəyə ideal ailə kimi baxırlar. Bu, doğrudan da belədir?

Biz bir-birimizi işdə sevib ailə qurmuşuq. Evlilik qərarı verdiyimiz andan ətrafdakıla- rın diqqətini çəkməyə başlamışdıq. Çünki insanlar düşünürlər ki, eyni peşə sahibləri arasında uğurlu nikah az olur. Ya onların hər zaman dava edəcəyi, ya da ayrılacağını deyirdilər. Eyni peşəyə sahib olduqları üçün iş sahəsində də bir-birini qısqana bilərlər. Lakin biz ailəmizin təməlini sağlam şəkildə qoyduğumuza görə, çox insanlara gözəl nümunə olduq. Bizdən sonra xeyli psixoloq və psixiatr tanışlarımız bir-birilə ailə qurdular. Həmin fikri biz “dağıtdıq”, bu istiqamətdə insanlara bizim böyük təsirimiz oldu. Ailə münasibətləri ilə iş münasibətlərini bir-birinə qatmaq olmaz. Psixoloq ailəsinin bir üstünlüyü də odur ki, probleminin səbəbini çözə bildiyi üçün arada yaranan xırda söz-söhbətlər bö yük konfliktlərlə nəticələnmir.

PSİXOLOGİYADA BELƏ BİR ANLAYIŞ VAR: MOTİVASİYALI VƏ MOTİVASİYASIZ PASİENT. YƏNİ BİR VAR PASİENT ÖZ İSTƏYİ İLƏ PSİXOLOQA MÜRACİƏT EDİR VƏ ÖZÜNDƏ OLAN PROBLEMLƏRİ HƏLL ETMƏYƏ ÇALIŞIR. AMMA MOTİVASİYASIZ PASİENTLƏRLƏ İŞLƏMƏK BİRAZ ÇƏTİNLİK YARADIR.

Son il millətimiz üçün olduqca gərgin keçdi, pandemiya və müharibə şəraiti bir çoxlarının psixoloji sarsıntı keçirmə- sinə səbəb oldu. Bu barədə fikirlərinizi bilmək istəyərdim.

Bəli, öncə koronavirus pandemiyası və arxasınca da Vətən müharibəsinin insanlarda yaratdığı psixoloji gərginlik hissi hələ də davam etməkdədir. Hər iki situasiyada insanlarda özünəməxsus həyəcan-təşviş, qorxu, hər an özünə və yaxınlarına nəsə olacaq hissi, panik tutmalar, yuxu, əsəb və iştah pozuntusu və eləcə də bir sıra psixosomatik problemlərlə müşayiət olunur. Həyat tərzimiz, alışqanlıqlarımız pandemiya ilə bağlı olaraq kökündən dəyişib və dəyişməyə davam edir. Bəzi in- sanlar artıq uyğunlaşıb öz yönünü tuta bilib. Ancaq bir çox insanlar hələ də dəyişimi inkar edir, istər maddi, istərsə də mənəvi əziyyət  çəkirlər.
Müharibənin yaratdığı stressə gəlincə isə,  sözün düzü son günlər daha çox təxris olunub gələn əsgərlərimiz, qazilərimiz, şəhid ailələri və onların övladları ilə daha çox ünsiyyətdə oluruq. Qeyd etdiyim şəxsləri müharibədən təsirlənən birinci dərəcəli şəxslər adlandıra bilərik. Doğrudur, çox ağırdır, baş verənləri qəbul etmək cox acıdır amma bir o qədər də qürurludur. Allah ordumuzu qorusun, Allah cənab prezidentimizi qorusun, Allah xalqımızı qorusun! Ancaq onu qeyd edim ki, müharibənin digər insanlarımızda yaratdığı psixoloji gərginlik hissi də az deyildir. Bununla bağlı son dövrdə hədsiz çox müraciətlər daxil olur.

Müharibədən əvvəl və müharibədən sonra ki fəaliyyətinizin fərqi nədə oldu?

Bilirsiniz ki, bizim fəailiyyətimiz sosial xid- mətə aiddir. Və biz pandemiya dövründə də işlədik, çalışdıq. Şübhəsiz ki, işə təsir çox oldu. Çünki biz vətəndaşlarla işləyirik. Vətəndaşların hər hansı bir narahatçılığı işin keyfiyyətinə təsir göstərir. Bu müddət ərzində biz daha çox çalışdıq ki, yeni metodları, metodikaları işləyib hazırlayaq, tətbiq edək. Bu dönəmlərdə Online seanslar artmağa başladı. Eyni zamanda biz bu müddət ərzində həm Narınc Mərkəzini Rebrending elədik, saytımızı (narinc.az), logomuzu yenidən qurduq. Və bu müddət ərzində biz YouTube kanalında daha çox aktivlik göstərməyə çalışdıq ki, burada da bizim vətəndaşlar maariflənə bilsinlər, psixologiya ilə bağlı biliklərini inkişaf etdirə bilsinlər. Yəni, pandemiya dövründə bizim online, internet üzərində fəailiyyətimiz daha da genişlənməyə başladı.

Yaxşı psixoloq sizin üçün kimdir, necə olmalıdır?

Yaxşı psixoloq ilk növbədə peşəsini vicdanla yerinə yetirən, işini sevən, insanları sevən və duya bilən biri olmalıdır. Və nə qədər şablon səslənsə də, psixoloq olunmur, psixoloq doğulmaq lazımdır. Yoxsa sadəcə elmi bilik- ləri olan, onları tətbiq etsədə ugurlu nəticə əldə edə bilməyən biri olacaqsan. Bizim işdə duyum, empatiya qura bilmək və ən əsası mühakimə etmədən dinləyə bilmək, hadisələri obyektiv dəyərləndirmək bacarığınına malik olmag  önəmli keyfiyyətlərdir.

You may also like